Ərdoğan Türkiyə ilə Azərbaycan arasında anlaşma memorandumunu təsdiqlədi 

09:38 11.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikasının prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumunu təsdiq edib.

Hafta.az xəbər verir ki, bununla bağlı qərar Rəsmi Gazete-də dərc olunub.

 

Qeyd edək ki, sənəd 2021-ci ilin dekabrın 22-də Bakı şəhərində imzalanıb.

Siyasət rubrikasından digər xəbərlər